Bank Of Baku

“Xalqla yaşanan ömür” mövzusunda Heydər Əliyevə həsr olunmuş dəyirmi masa keçirilib

“Xalqla yaşanan ömür” mövzusunda Heydər Əliyevə həsr olunmuş dəyirmi masa keçirilib
# 10 dekabr 2008 11:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Heydər Əliyevin vəfatının 5-ci ildönümü münasibətilə “Xalqla yaşanan ömür” mövzusunda bu gün dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Ramil Həsənov H. Əliyevin gənclər siyasəti haqqında danışıb. Onun sözlərinə görə, H. Əliyev bütün dövrlərdə gənclərlə işləməyə, onların problemlərinin həllinə, gənclərin inkişafına böyük diqqətlə yanaşıb.

YAP icra katibinin müavini Mübariz Qurbanlı isə H. Əliyevin öz ömrünü xalqa həsr etdiyini bildirib. Onun sözlərinə görə, müstəqil Azərbaycan mövcud olduqca, H. Əliyevin ideyaları yaşayacaq: “Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində müstəqilliyinin qorunmasında göstərdiyi xidmətlər əvəzsizdir. Onun ən böyük xidməti Azərbaycanın müstəqilliyinin qorunması konsepsiyasıdır. Heydər Əliyev bütün sahələr üzrə prinsiplər müəyyənləşdirib və bu gün Azərbaycanın bütün istiqamətlərdə apardığı siyasət bu prinsiplərə uyğunlaşdırılır”.

Tədbirdə YAP üzvü olan gənclər çıxış edib, H. Əliyevlə bağlı öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR