Bank Of Baku

Fuad Əliyev: “Jirinovski Azərbaycan xalqının düşməni deyil”

Fuad Əliyev: “Jirinovski Azərbaycan xalqının düşməni deyil”
# 10 dekabr 2008 12:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycanın düşməni deyil. Ona görə də Jirinovskinin Bakıya gəlməsindən ehtiyatlanan qüvvələrin məqsədini başa düşə bilmirəm”. Bu fikirlər Vladimir Jirinovskini Azərbaycana dəvət edən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə məxsusdur. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan partiya sədrinin açıqlamasında bildirilir ki, Jirinovskinin planlaşdırılan səfəri ilə bağlı hər hansı tədbirlər keçirməyə, bəyanatlar verməyə ehtiyac yoxdur: “Jirinovski on il bundan öncə “Cənuba sıçrayış” adlı kitabında qafqazlıları bəzi məqamlarda ittiham etmişdi. Ondan sonra bir neçə dəfə Moskvada onunla görüşüb, Qarabağla bağlı, ermənilərin işğalçılıq siyasətindən bəhs edən kitabları ona təqdim etmişəm. Onun Azərbaycana qarşı tutduğu mövqeyində dəyişiklik olub. Bunun nəticəsidir ki, o, Azərbaycana gəlmək istəyir”. ALDP sədri V. Jirinovskinin bir neçə il əvvəllər dediyi fikirlərin bu gün yenidən gündəmə gətirilməsinin arxasında başqa məqsədlərin dayandığını qeyd edib: “Jirinovskinin Azərbaycana gəlişindən narahatlıq keçirən qüvvələr bilməlidir ki, əslində onun Bakıya gəlişi zəruridir. Jirinovski böyük nüfuza və gücə malik siyasətçidir. Onun Azərbaycana gəlişinə şərait yaradılmalıdır ki, həqiqətlərimizi görə bilsin, ölkəmizlə bağlı düşüncəsində dəyişiklik etsin. Onu özümüzdən uzaqlaşdırmaqla heç nə əldə edə bilmərik”. Qeyd edək ki, V. Jrinovskinin Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat yayıldıqdan sonra Qarabağ Azadlıq Təşkilatı bu səfərin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR