Bank Of Baku

Vahid Azərbaycan Milli Birlik Partiyası Milli Demokratik Qüvvələr Birliyinə daxil olub

Vahid Azərbaycan Milli Birlik Partiyası Milli Demokratik Qüvvələr Birliyinə daxil olub
# 10 dekabr 2008 12:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) Milli Demokratik Qüvvələr Birliyinə (MDQB) daxil olub. Qurumun üzvü olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, birliyin Sədrlər Şurasının bu gün keçirilən toplantısında VAMBP sədri Hacıbaba Əzimovun MDQB-yə ünvanladığı müraciətə baxılıb və müsbət qərar qəbul edilib. İclasda qurumun perspektivləri və birgə fəaliyyət istiqamətləri barədə də fikir mübadiləsi aparılıb, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. 2008-ci ildə həyata keçirilən tədbirləri müsbət dəyərləndirən Sədrlər Şurası MDQB-nin fəaliyyətinin daha da genişləndirilməsini məqsədəuyğun sayıb.

Qeyd edək ki, MDQB-də hazırda üç təşkilat - Bütöv Azərbaycan Xalq Cəbhəsi, Təkamül və Vahid Azərbaycan Milli Birlik partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR