Bank Of Baku

AKP sədri Rauf Qurbanov komsomolun 90 illiyi münasibətilə təsis olunmuş medalla təltif edilib

AKP sədri Rauf Qurbanov komsomolun 90 illiyi münasibətilə təsis olunmuş medalla təltif edilib
# 10 dekabr 2008 15:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov dünya kommunist hərəkatında xüsusi xidmətlərinə görə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının 90 illik yubileyi münasibəti ilə təsis olunmuş medalla təltif edilib. Bu barədə APA-ya AKP-nin mətbuat xidmətindən məlumat daxil olub. Rusiya Kommunist Partiyasının XIII qurultayında iştirak edən R. Qurbanova medalı Rusiya kommunistlərinin lideri Gennadi Zyüqanov təqdim edib. AKP sədri həmçinin, 2009-cu ilin martında Meksika paytaxtında “Siyasi partiyalar və yeni cəmiyyət “mövzusunda keçiriləcək Dünya Sol Qüvvələrinin XIII seminarına dəvət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR