Bank Of Baku

Azərbaycanın sol yönümlü partiyası adını dəyişdirib

Azərbaycanın sol yönümlü partiyası adını dəyişdirib
# 11 dekabr 2008 07:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Sosialist (trotskiçilər) Partiyasının Müvəqqəti Mərkəzi İcraiyyə Komitəsinin plenumunu keçirilib. Təşkilatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, plenumda 3 bənddən ibarət qərar qəbul olunub. Qərara əsasən, təşkilat bundan sonra Azərbaycan Mütərəqqi Sosialist Partiyası (AMSP) adlandırılacaq. Toplantıda partiyanın təsis qurultayının 2009-cu ilin aprelində keçirilməsi də qərara alınıb və bu məqsədilə 20 nəfərdən ibarət Təşkilat Komitəsi formalaşdırılıb.
Qeyd edək ki, partiyanın Müvəqqəti Mərkəzi İcraiyyə Komitəsinin sədri Rüstəm Şahsuvarovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR