Bank Of Baku

Siyavuş Novruzov: “Bəzi müxalifət partiyalarının rəhbərliyində ciddi islahatlar getməlidir”

Siyavuş Novruzov: “Bəzi müxalifət partiyalarının rəhbərliyində ciddi islahatlar getməlidir”
# 11 dekabr 2008 13:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bəzi müxalifət partiyasının rəhbərliyində ciddi islahatlar getməlidir. Həmin partiyaların zəifləməsinin günahı o partiyaların ideologiyasında deyil, onlara rəhbərlik edən şəxslərdədir”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov. Onun sözlərinə görə, yalnız həmin partiyaların rəhbərliyində ciddi dəyişiklik olandan sonra hansısa formada əməkdaşlıq mümkündür: “Digər tərəfdən, bir sıra müxalifət partiyaları ilə normal əməkdaşlığımız var. Prezident seçkilərində müxalifətdə olan bir çox partiya bizim namizədimizi dəstəklədi, bizim təbliğat-təşviqat kampaniyamızda iştirak etdi. Bəzi partiyalar isə özlərini cəmiyyətdən kənarda saxlayıblar. Onlar özləri bu vəziyyətdən çıxmaq barədə düşünməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR