Bank Of Baku

Zaqatalada Heydər Əliyevin vəfatının ildönümü münasibəti ilə tədbir keçirilib

Zaqatalada Heydər Əliyevin vəfatının ildönümü münasibəti ilə tədbir keçirilib
# 12 dekabr 2008 00:35 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada Heydər Əliyevin vəfatının ildönümü münasibəti ilə ədəbi-bədii gecə keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Heydər Əliyev muzeyində təşkil edilən “Heydər Əliyev dühasının möhtəşəmliyi” mövzusunda keçirilən tədbirdə rayonun icra başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Hikmət Atayev, müvafiq idarə və təşkilat nümayəndələri iştirak edib. Tədbir H. Əliyevin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə başlayıb. Tədbirdə “Tarixi yaradan şəxsiyyət”, “Qüdrətli dövlət xadimi və dünya şöhrətli siyasətçi”, “Müasir Azərbaycan dövlətinin banisi”, “Dünya miqyaslı fenomenal siyasətçi” və “Ölkə gənclərinin himayədarı” mövzusunda məruzələr dinlənilib.
Qeyd edək ki, Balakən, Qax və Şəki rayonlarında da Heydər Əliyevin anım günü münasibəti ilə silsilə tədbirlər keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR