Bank Of Baku

Elman Məmmədov: “Hazırda “Dağlıq Qarabağın azərbaycanlı icmasını” heç kim təmsil etmir”

Elman Məmmədov: “Hazırda “Dağlıq Qarabağın azərbaycanlı icmasını” heç kim təmsil etmir”
# 11 dekabr 2008 14:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Dağlıq Qarabağın azərbaycanlı icması”nın yeni rəhbəri ictimai birliklər və qeyri-hökumət təşkilatları haqda qanuna əsasən müəyyənləşəcək. Bunu APA-ya açıqlamasında icmanın sədr müavini, millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, icmanın yeni sədrinin nə vaxt müəyyənləşəcəyi hələlik bilinmir: “Bu barədə icmada heç bir müzakirə aparılmayıb”. E. Məmmədov onu da qeyd edib ki, hazırda “Dağlıq Qarabağın azərbaycanlı icmasını” heç kim təmsil etmir.

Qeyd edək ki, icmanın sədri Nizami Bəhmənov bu ilin sentyabrında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR