Bank Of Baku

Etibar Məmmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun baş müşaviri ilə görüşüb

Etibar Məmmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun baş müşaviri ilə görüşüb
# 11 dekabr 2008 15:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) baş müşaviri Cefri Lilleylə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə AMİP-lə BRİ arasında icra edilmiş proqramlar müzakirə olunub və əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılıq əldə edilib. Tərəflər əlaqələrin möhkəmləndirilməsinin faydalı olduğunu bildirib, yeni proqramların həyata keçirilməsi üçün birgə fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə həmçinin Azərbaycanda və regionda gedən proseslər, demokratikləşmə prosesi, fundamental azadlıqların vəziyyəti müzakirə mövzusu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR