Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda dazam edir

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda dazam edir
# 12 dekabr 2008 07:04 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda dazam edir. Düşmən bölmələri dekabrın 11-də saat 10.20-dən 10.35-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini, saat 10.30-dan 10.45-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Məzəmli və Bağanis Ayrım kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 14.45-dək və 15.15-dən 15.45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.20-dən 20.50-dək isə Füzuli rayonun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR