Bank Of Baku

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb
# 12 dekabr 2008 07:08 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu - APA. Üçüncü çağırış Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin altıncı sessiyanın çağırılması haqqında NMR Ali Məclisi qərar qəbul edib. Sessiya dekabrın 16-da Naxçıvan şəhərində başlayacaq. APA-nın yerli bürosunun məlumatına görə, sessiyada 2008-ci ildə regionun sosial-iqtisadi inkişafının yekunları, MR-in 2009-cu il dövlət büdcəsinin təsdiqi, MR Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin təsdiq edilməsi, Naxçıvan MR-in İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) hesabatı, MR Ali Məclis sədrinin fərmanlarının təsdiqi məsələləri müzakirə ediləcək.

“Naxçıvan MR Ali Məclisinə seçkilər haqqında” Naxçıvan MR qanununa dəyişiklər və əlavələr edilməsi də sessiyanın müzakirəsinə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR