Bank Of Baku

Səfa Mirzəyev: “Bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsində müddəaların təkmilləşdirilməsinə dair təkliflər var”

Səfa Mirzəyev: “Bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsində müddəaların təkmilləşdirilməsinə dair təkliflər var”
# 12 dekabr 2008 10:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsində müddəaların təkmilləşdirilməsinə dair təkliflər var”. APA-nın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib. Onun sözlərinə görə, bəzi millət vəkilləri bu təkliflə çıxış etsələr də, hələlik konkret layihə yoxdur: “Əsas fikir ondan ibarətdir ki, bələdiyyə seçkiləri ilə bağlı müddəaları bir qədər sadələşdirmək lazımdır. Prosedur bir qədər mürəkkəbdir. Prezident, parlament seçkilərində buna ehtiyac yoxdur. Çünki həmin seçkilərdə o qədər də çox namizəd iştirak etmir. Bələdiyyə seçkilərində isə on minlərlə namizəd olur. Onların qeydiyyatını, təşviqat kampaniyasını bir qədər sadələşdirmək təklif olur. Biri var dəyişiklik zərurətdən irəli gəlsin, biri də var bəzi adamlar öz işlərini sadələşdirmək istəyir. Bu baxımdan bəlkə də buna getmək olmaz. Amma ümumi işin xeyrinədirsə, buna baxmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR