Bank Of Baku

Ziyafət Əsgərov: “Ermənistanla özümüz dil tapacağıqsa, onda Mİnsk Qrupu nəyə lazımdır?”

Ziyafət Əsgərov: “Ermənistanla özümüz dil tapacağıqsa, onda Mİnsk Qrupu nəyə lazımdır?”
# 12 dekabr 2008 11:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərdiyi illər ərzində ortada heç bir məhsuldar nəticə yoxdur. Onlar bizə həmişə deyirlər ki, Ermənistanla özünüz dil tapmalısınız, biz yalnız təkliflər verə bilərik. Ermənistanla biz özümüz dil tapacağıqsa, onda Minsk Qrupu nəyə lazımdır?” APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov verib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bu formatından imtina edilməməlidir: “Hesab edirəm ki, Minsk Qrupu formatından əl çəkməyə ehtiyac yoxdur, bu qrupla işləməliyik. Amma Minsk Qrupu qarşısına qəti şəkildə tələb qoymalıyıq ki, fəaliyyətləri konkret bir nəticə versin. Əgər Ermənistan işğal etdiyi ərazidən çıxmırsa, BMT-nin qətnamələrinə əməl etmirsə, onda Minsk Qrupu öz sözünü deməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR