Bank Of Baku

Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı bir sıra ölkələrdə tədbirlər keçiriləcək

Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı bir sıra ölkələrdə tədbirlər keçiriləcək
# 12 dekabr 2008 14:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 2009-cu ilin fevral ayında Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı bir sıra ölkələrdə anım tədbirləri keçiriləcək. Bu barədə APA-ya Xocalı şəhərinin keçmiş İcra Hakimiyyəti başçısı, millət vəkili Elman Məmmədov məlumat verib. O, tədbirlərin xarici dövlətlərdə, beynəlxalq ictimaiyyət qarşısında keçirilməsinin məqsədəuyğun olduğunu bildirib: “Belə tədbirlər ölkə daxilində də keçirilir. Amma xarici ölkələrdə keçirilən tədbirlər daha təsirli olur. Bizim başımıza gətirilən faciə əcnəbilərə çatdırılmalıdır, özümüz onsuz da bilirik”. E. Məmmədov dövlət tədbirləri ilə yanaşı, ictimai təşkilatlar çərçivəsində də bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. Millət vəkili xüsusilə xarici ölkələrin parlamentlərində Xocalı soyqırımı ilə bağlı müzakirələrin keçirilməsinə çalışdıqlarını açıqlayıb: “Artıq 2-3 ildir Türkiyə Böyük Millət Məclisində belə müzakirələr olur. Mən də bu müzakirələrə qatılıram. Amma hələ istədiyimiz nəticəni əldə etməmişik. Biz istəyirik ki, Türkiyə parlamenti Xocalı soyqırımını tanısın və buna siyasi qiymət versin. Türkiyə bu məsələdə ilk qaranquş olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR