Bank Of Baku

Ümid Partiyası yeni təkliflər paketi hazırlayıb

Ümid Partiyası yeni təkliflər paketi hazırlayıb
# 12 dekabr 2008 14:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Ümid Partiyası azad və demokratik seçkilərin keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətin demokratikləşməsində siyasi partiyaların rolunun artırılması istiqamətində təkliflər paketi hazırlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, 3 mərhələdən ibarət olan təkliflərin birinci mərhələsində hakimiyyət üzərində ictimai nəzarətin təşkil edilməsi nəzərdə tutulur. Bu məqsədlə ictimai institutlarda müxalifət nümayəndələrinin təmsilçiliyinə nail olması təklifi irəli sürülüb. Partiya Neft Fondunun Müşahidə Şurası, Hesablama Palatası, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Prezident yanında Əfv Məsələləri Komissiyada müxalifət nümayəndələrinin təmsil olunmasını da təklif edib. İkinci mərhələdə siyasi partiyaların siyasi institut kimi formalaşması, onların cəmiyyətdəki rolunun artırılması üçün konstitusiya islahatlarının aparılmalı, üçüncü mərhələdə isə seçkilərin demokratik keçirilməsinə nail olmaq məqsədi nəzərdə tutulur. Bu mərhələdə Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsi, tərəflərin etimad göstərə biləcəyi seçki komissiyaları formalaşdırılması, şəffaf mürəkkəbin gözlə görünə bilən mürəkkəblə əvəzlənməsi, partiyaların dövlət tərəfindən maliyyələşməsi və digər tədbirlərin həyata keçirilməsi vacib sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR