Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyində Heydər Əliyevin anım mərasimi keçirilib - FOTO

Azərbaycan Fövqəladə Hallar Nazirliyində Heydər Əliyevin anım mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 12 dekabr 2008 14:23 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbir iştirakçıları öncə H. Əliyevin nazirliyin foyesindəki büstünü ziyarət ediblər. Daha sonra keçirilən tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov H. Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan danışıb: «Heydər Əliyev ömrünü Azərbaycan xalqına həsr edib. İstər SSRİ dövründə, istərsə də sonrakı illərdə Heydər Əliyev Azərbaycanın inkişafına çalışıb, bunun üçün bütün imkanlardan istifadə edib. 1993-cü ildə hakimiyyətə ikinci dəfə qayıdışından sonra o, həm Azərbaycan ərazilərinin müdafiəsi və işğaldan azad olunmasına, həm də ölkənin daxildən parçalanmasının qarşısının alınmasına nail oldu”.

K. Heydərov onu da qeyd edib ki, H. Əliyevin hakimiyyəti dövründə Azərbaycanda iqtisadi islahatlar aparılıb və ölkənin yüksəlişi başlayıb.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, H. Əliyevin gördüyü işlər daim ictimaiyyətin diqqətində olub: “Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə Bakı əhalisinin cəmi 40%-i azərbaycanlılar olub. Onun səyi nəticəsində bu göstərici dəyişdi. Heydər Əliyev SSRİ Mərkəzi Komitəsində çalışarkən tək azərbaycanlıların deyil, ümumilikdə bütün türk və müsəlman xalqların müdafiəçisi idi”.

Millət vəkili H. Əliyevin keçdiyi həyat yolu, siyasi fəaliyyəti, dünyanın tanınmış şəxslərinin onun barəsində söylədiyi fikirləri diqqətə çatdırıb.

Qeyd edək ki, FHN-in kollektivi bu gün, həmçinin, Fəxri Xiyabanda H. Əliyevin məzarını ziyarət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR