Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutub
# 13 dekabr 2008 07:08 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub. Düşmən bölmələri dekabrın 12-də saat 23.10-dan 23.45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.10-dan 23.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 13-də saat 00.35-dən 01.05-dək Tərtər rayonun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.40-dan 07.05-dək isə Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR