Bank Of Baku

Sabah Aydınlar Partiyasının təsis qurultayı keçiriləcək

Sabah Aydınlar Partiyasının təsis qurultayı keçiriləcək
# 13 dekabr 2008 09:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Sabah Bakıda Aydınlar Partiyasının təsis qurultayı keçiriləcək. Partiyanın Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Xanoğlan Əhmədovun APA-ya verdiyi məlumata görə, təsis qurultayında 30 rayon təşkilatından 150-dək nümayəndə iştirak edəcək. Qurultayda partiyanın sədri seçiləcək, Proqramı, Nizamnaməsi qəbul olunacaq, digər seçkili orqanları formalaşacaq. Təsis toplantısına yalnız KİV dəvət edilib. İşçi qurultay olduğundan digər siyasi partiyaların təmsilçiləri və qonaqlar dəvət olunmayıb.

Qeyd edək ki, AXCP Ali Məclisinin sabiq sədri Qulamhüseyn Əlibəyli bu ilin avqustunda AXCP sıralarından istefa verib. Prezident seçkilərinə namizəd qismində qatılan Q. Əlibəyli Aydınlar Partiyasını yaradacağını elan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR