Bank Of Baku

Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırış haqqında fərman imzalayıb
# 13 dekabr 2008 18:23 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fərmana əsasən, 1991-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2009-cu ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.

“Hərbi xidmət haqqında” qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2009-cu ilin yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək tapşırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR