Bank Of Baku

Azərbaycan Aydınlar Partiyasında ilk təyinatlar olub

Azərbaycan Aydınlar Partiyasında ilk təyinatlar olub
# 15 dekabr 2008 07:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Aydınlar Partiyasının təsis qurultayından sonra keçirilən Ali Məclisinin (AM) ilk iclasında partiyanın rəhbər strukturları formalaşıb. APA-nın məlumatına görə, iclasda keçmiş millət vəkili Nizami Quliyev partiyanın Ali Məclisinin sədri seçilib. Qorxmaz İbrahimli partiya sədrinin birinci müavini, Qadir İbrahimli iqtisadi məsələlər, Xanoğlan Əhmədov təşkilati məsələlər, Fuad Məmmədov siyasi məsələlər üzrə partiya sədrinin müavini, Əfqan Əsədov isə Ali Məclis sədrinin müavini təyin edilib.

AM-in iclasında, həmçinin, partiyanın 9 nəfərdən ibarət Siyasi Şurası formalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR