Bank Of Baku

Azərbaycanda Stalinin doğum günü qeyd olunacaq

Azərbaycanda Stalinin doğum günü qeyd olunacaq
# 15 dekabr 2008 09:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Kommunist Partiyası (AKP) İosif Stalinin doğum gününü qeyd edəcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu barədə qərar partiyanın Mərkəzi Komitəsi Rəyasət Heyətinin iclasında qəbul edilib. AKP rəhbərliyi dekabrın 21-də İ. Stalinin doğum gününü, dekabrın 30-da SSRİ-nin yaradılmasının 86-cı ildönümünü, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikanın bütün rayon şəhər təşkilatlarında qeyd olunması barədə qərar qəbul edib.

Rəyasət heyətinin iclasında, həmçinin, AKP sədri Rauf Qurbanovun Moskva səfərinin yekunları müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR