Bank Of Baku

Zəminə Dünyamalıyeva Yaqub Abbasovu yalan danışmaqda günahlandırır

Zəminə Dünyamalıyeva Yaqub Abbasovu yalan danışmaqda günahlandırır
# 15 dekabr 2008 09:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyasının (ACP) digər müxalifət partiyaları ilə əməkdaşlığa dair müzakirə aparması barədə partiyanın sədr müavini Yaqub Abbasovun fikirləri həqiqətə uyğun deyil. Bunu APA-ya açıqlamasında ACP liderini müşaviri Zəminə Dünyamalıyeva deyib. Onun sözlərinə görə, əgər hər hansı partiya ilə danışıq aparılırsa, bu məsələ partiyanın müəyyən qurumlarında müzakirə edilib sonra mətbuata çıxarılmalıdır: “Bizim belə danışıqlardan xəbərimiz yoxdursa, bu açıqlamalar yersizdir. Hazırda ACP ilə hər hansı partiya arasında əməkdaşlıq nəzərdə tutulmur və hesab edirəm ki, bu barədə danışmaq tezdir”.

Z. Dünyamalıyevanın sözlərinə görə, bu mərhələdə hər hansı partiya ilə əməkdaşlıq etmək üçün ciddi əsas yoxdur: “Bələdiyyə seçkilərinə hələ bir il var, parlament seçkiləri isə iki ildən sonra keçiriləcək. İndi əməkdaşlığa nə ehtiyac var ki?”

ACP sədrinin müavini Y. Abbasov isə APA-ya açıqlamasında bildirib ki, Z. Dünyamalıyevanın fikirlərinə münasibət bildirmək istəmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR