Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib
# 15 dekabr 2008 11:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda müxalifət düşərgəsində təmsil olunan partiyalarla aparılan danışıqlar və qurum üzvü, Milli Məclisin deputatı Pənah Hüseynin hazırladığı “Mövcud siyasi vəziyyət və müxalifətin vəzifələri haqqında” təkliflər layihəsi müzakirə edilib. Toplantıda İranın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirilməsi məsələsi də müzakirə mövzusu olub. Sədrlər Şurası qərara alıb ki, piketin dekabrın 18-də keçirilməsi haqda Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndərilsin, paytaxt meriyası müraciətə mənfi cavab verərsə, aksiya dekabrın 31-də mütləq keçirilsin. Toplantıda dekabrın 24-də Qarabağ Forumunun keçirilməsi haqda da qərar verilib. Bununla yanaşı Sədlər Şurası DUİ-nin 2009-cu ilin bələdiyyə və 2010-cu ilin parlament seçkilərində seçki bloku olaraq fəaliyyət göstərməsi barədə də qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR