Bank Of Baku

Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlı onun həyat yoldaşının hakimiyyətlə danışıqlar aparması barədə məlumatlar təkzib olunur

Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlı onun həyat yoldaşının hakimiyyətlə danışıqlar aparması barədə məlumatlar təkzib olunur
# 15 dekabr 2008 14:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlı onun həyat yoldaşının hakimiyyətlə danışıqlar aparması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”. Bunu APA-ya açıqlamasında eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin qardaşı Telman Quliyev deyib. Onun sözlərinə görə, həqiqətən də, bir aydan artıqdır ki, R. Quliyevin həyat yoldaşı Azərbaycandadır: “Hazırda Rəsulun həyat yoldaşı bizdədir. Amma o bizə qonaq kimi gəlib. Heç kimlə, heç bir danışıq aparılmır. Çünki Rəsul Quliyevin Azərbaycana qayıtması kiminləsə danışıqlardan asılı deyil. Bu məsələ yalnız ölkə prezidentinin səlahiyyətindədir. Prezident nə zaman razılıq versə, Rəsul Quliyev də o zaman Azərbaycana qayıdacaq”.

T. Quliyevin sözlərinə görə, R. Quliyevin həyat yoldaşının hakimiyyətlə danışıqlar aparması barədə məlumatlar bəzi maraqlı şəxslər tərəfindən məqsədli olaraq yayılıb.

ACP sədrinin müavini Yaqub Abbasov da APA-ya açıqlamasında R. Quliyevin Azərbaycana qayıtması ilə bağlı hər hansı danışıqların aparılmadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR