Bank Of Baku

DAK 1945-1946-cı illərdə mövcud olmuş Azərbaycan hökumətinin yaradılmasının 63-cü ildönümünü qeyd edib

DAK 1945-1946-cı illərdə mövcud olmuş Azərbaycan hökumətinin yaradılmasının 63-cü ildönümünü qeyd edib
# 15 dekabr 2008 14:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə 1945-1946-cı illərdə cənubda mövcud olmuş Azərbaycan hökumətinin yaradılmasının 63-cü ildönümü qeyd edilib. APA-nın məlumatına görə, DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli çıxışında bildirib ki, Azərbaycan türklərinin milli ideologiya tarixində önəmli yer tutan Güney Azərbaycan Milli Hökuməti millətin ideoloji və siyasi təşkilatlanması üçün stimul olub: “21 Azər hərəkatı bir daha sübut etdi ki, türklər zəngin dövlətçilik, siyasi və hərbi idarəetmə ənənələrinə malikdir”. Toplantıda çıxış edən digər natiqlər isə 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan hökumətinin süqutunun səbəblərindən və böyük dövlətlərin bu prosesdə iştirakından danışıblar. Sonda milli hökumətlə bağlı sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR