Bank Of Baku

Prezident İlham Əliyev FHN əməkdaşlarına ali hərbi rütbələr verib, nazirliyin bir qrup əməkdaşını təltif edib

Prezident İlham Əliyev FHN əməkdaşlarına ali hərbi rütbələr verib, nazirliyin bir qrup əməkdaşını təltif edib
# 15 dekabr 2008 15:40 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, FHN Baş Əməliyyat İdarəsinin rəisi Qüdrət Abdullayev və Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi Cahangir Qulamova general-mayor hərbi rütbəsi verilib.

Prezident FHN-in bir qrup əməkdaşının təltif edilməsi haqqında da sərəncam imzalayıb. Fövqəladə halların qarşısının alınmasında və onların nəticələrinin aradan qaldırılmasında fərqləndiklərinə görə nazirliyin aşağıdakı əməkdaşları təltif ediliblər:

“Hərbi xidmətlərə görə” medalı ilə

Əhmədov Rauf Allahverdi oğlu
Hacıyev Habil Əyyub oğlu
Həsənov Məhərrəm İmamqulu oğlu
Həşimov Cavanşir Cahangir oğlu
İbadov Cəfər Telman oğlu
İsmayılov Rəşad Məmmədyar oğlu
Qaratov Məmmədəli Hacımirzə oğlu
Nağıyev Nağı Cabbar oğlu
Şirinova Sevda Azər qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Hacıyev Orucəli Məmməd oğlu
Hüseynov Tariel Paşa oğlu
Xanlarov Cəbrayıl Eldar oğlu
Nəcəfov Xalid Məhəmməd oğlu
Rzayeva Zenfira Süleyman qızı
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR