Bank Of Baku

Azay Quliyev ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb

Azay Quliyev ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb
# 15 dekabr 2008 16:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Arien de Volfu qəbul edib. Şuradan APA-ya daxil olan məlumata görə, A. Quliyev gələcək əməkdaşlıq üçün tanışlıq xarakteri daşıyan görüşdə rəhbərlik etdiyi qurumun yaradılması və missiyası haqqında qonağa ətraflı məlumat verib. A. de Volf isə institutun Azərbaycandakı fəaliyyətinin şuranın missiyası ilə oxşar olduğunu söyləyib. O bildirib ki, MDİ həm siyasi partiyalarla, həm də vətəndaş cəmiyyəti institutları ilə işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR