Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
# 16 dekabr 2008 07:26 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15-də saat 15.40-dan 16.00-dək, 23.50-dən 00.00-dək, dekabrın 16-da saat 02.00-dan 02.10-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 20.30-dan 20.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iri çaplı pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR