Bank Of Baku

Aydınlar Partiyası qeydiyyat üçün sənədləri bu həftənin sonuna qədər Ədliyyə Nazirliyinə təqdim edəcək

Aydınlar Partiyası qeydiyyat üçün sənədləri bu həftənin sonuna qədər Ədliyyə Nazirliyinə təqdim edəcək
# 16 dekabr 2008 09:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ötən bazar günü təsis qurultayı keçirilən Aydınlar Partiyası dövlət qeydiyyatından keçmək üçün tələb olunan sənədləri bu həftənin sonuna qədər Ədliyyə Nazirliyinə təqdim edəcək. Partiyanın sədri Qulamhüseyn Əlibəyli APA-ya açıqlamasında hazırda sənədləri hazırladıqlarını deyib. O, artıq qanunla tələb olunan 1000 nəfərin imzasının alındığını bildirib: “İndi yalnız texniki məsələlər qalıb və onların üzərində işləyirik”. Q. Əlibəyli qeydiyyata hər hansı problem yaradılacağına inanmadığını söyləyib: “Son dövrlərin təcrübəsi onu deməyə əsas verir ki, yeni yaranan partiyaların dövlət qeydiyyatına alınmasına ciddi problem yaradılmır. Hesab edirəm ki, bizim partiyanın qeydə alınmasında da problem olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR