Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Müxalifətin yeni birliyinin yaradılması istiqamətində aparılan danışıqlarda fikir ayrılığı yaranıb”

Mirmahmud Mirəlioğlu: “Müxalifətin yeni birliyinin yaradılması istiqamətində aparılan danışıqlarda fikir ayrılığı yaranıb”
# 16 dekabr 2008 11:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifətin yeni birliyinin yaradılması istiqamətində aparılan danışıqlarda fikir ayrılığı yaranıb”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, müxalifət düşərgəsində işçi qaydada aparılan danışıqlarda bir sıra razılaşmalar əldə olunsa da, bunlar konkretləşməyib: ”Bir sıra partiyalarla təkrar-təkrar görüşmək və müzakirələr aparmaq lazımdır”. O, bəzi siyasətçilərin tələsməməyi məsləhət görərək əməkdaşlığı seçki ərəfəsində və ya hansısa siyasi situasiya zamanı zəruri saydıqlarını söyləyib: “Əsas fikir ayrılığa yaradan bu məqamlardır. Amma ilin sonuna qədər konkret addımlar atılmalıdır. Həm bələdiyyə, həm də parlament seçkisində müxalifətin təşkilatlanmış iştirakı təmin edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR