Bank Of Baku

Prezidentin səlahiyyət müddəti ilə bağlı təklif Azərbaycan Milli Məclisinin iki komissiyasının birgə iclasında müzakirə olunacaq

Prezidentin səlahiyyət müddəti ilə bağlı təklif Azərbaycan Milli Məclisinin iki komissiyasının birgə iclasında müzakirə olunacaq
# 16 dekabr 2008 12:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Yeni Azərbaycan Partiyasının (YAP) bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin Konstitusiyadan çıxarılmasına dair təklifi yaxın günlərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan Hüquqları daimi komissiyalarının birgə toplantısında müzakirə olunacaq. Bu barədə APA-ya açıqlamasında parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib. Parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovun təkliflə bağlı araşdırma aparılmasına dair göstəriş verdiyini deyən R. Aslanova qeyd edib ki, iclasda təkcə prezidentin səlahiyyət müddəti ilə bağlı məsələ deyil, ümumilikdə Konstitusiya islahatları barədə səslənən təkliflər müzakirə olunacaq.

Müzakirələrdən sonra təkliflər parlamentin rəhbərliyinə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR