Bank Of Baku

ADP: Ermənistan Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımlara görə üzr istəməlidir

ADP: Ermənistan Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımlara görə üzr istəməlidir
# 16 dekabr 2008 13:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Qafqaz İttifaqının yaranacağı və Ermənistanın da bu ittifaqda təmsil olunacağı halda, bu dövlət Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımlara görə üzr istəməlidir”. APA-nın məlumatına görə, bu bəyanatla Azərbaycan Demokrat Partiyası (ADP) çıxış edib. Partiyanın yaydığı bəyanatda bildirilir ki, ADP Türkiyə, Azərbaycan və Ermənistan siyasi münasibətlərinin yeni mərhələyə keçməsini, Dağlıq Qarabağ probleminin dinc yolla həlli istiqamətində səylər güclənməsini müsbət qiymətləndirir. Partiya hesab edir ki, Cənubi Qafqaz xalqları arasında etimadın yaranması və bölgə dövlətləri arasında davamlı əməkdaşlığın və Qafqaz İttifaqının meydana çıxması regionda uzunmüddətli sülhün bərqərar olmasından asılıdır: “Lakin bunun üçün ilk növbədə tərəflərdən birinin digərinə qarşı törətdiyi əməlləri etiraf etməsi zəruridir”.

ADP Ermənistanın rəsmi dairələrini və erməni xalqını azərbaycanlılara qarşı 1918-ci ildə Bakıda və Azərbaycanın digər vilayətlərində, 1992-ci ildə isə Xocalıda törətdikləri soyqırımı faktını, Azərbaycan ərazilərini işğal etməsini və Azərbaycana qarşı vandalizmə yol vermələrini etiraf etməyə və dünya ictimaiyyəti qarşısında Azərbaycan xalqından üzr istəməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR