Bank Of Baku

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi münaqişələrlə bağlı hazırladığı illik hesabatı açıqlayıb

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi münaqişələrlə bağlı hazırladığı illik hesabatı açıqlayıb
# 16 dekabr 2008 13:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (SİTM) “2008-ci ildə münaqişələrdə baş verən dəyişikliklər və bunların Dağlıq Qarabağ münaqişəsinə təsiri” başlığı ilə hazırladığı illik hesabatı açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu bildirib ki, 2008-ci ildə Qarabağ problemi ilə bağlı ciddi irəliləyiş əldə olunub. Dünyanın digər bölgələrində olan münaqişələrin həllinin Dağlıq Qarabağ probleminin həllinə də təsirsiz ötüşmədiyini söyləyən politoloq Kosovonun müstəqilliyinin tanınmasının Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına təsir edəcəyi haqda ehtimalların özünü doğrultmadığını deyib.

Hesabatda 2008-ci il ərzində Dağlıq Qarabağ problemi ətrafında baş verən prosesləri təhlil olunur və müəyyən nəticələr çıxarılır. Ekspertin fikrincə, münaqişənin həllində Rusiyanın rolu getdikcə zəifləyir, əvəzində isə regionda ABŞ-ın mövqeyi güclənir: “2008-ci ildə Türkiyə Qafqaz regionuna daxil ola bildi. Etnik separatizmin Rusiya tərəfindən dəstəklənməsi Türkiyənin işini asanlaşdırır. Bu məqamda Türkiyə “erməni soyqrımı”nın tanınması məsələsində Ermənistanla bir növ “oyun oynayır”. Bu oyunda Ermənistan üçün ayrılmış müddət 2009-cu il aprelin 24-də başa çatacaq”. M. Əhmədoğlu 2009-cu ildə Ermənistanın daha da təklənəcəyini gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR