Bank Of Baku

Azərbaycan Milli Məclisində Fəzail Ağamalı ilə Hadı Rəcəbli arasında qalmaqal baş verib

Azərbaycan Milli Məclisində Fəzail Ağamalı ilə Hadı Rəcəbli arasında qalmaqal baş verib
# 16 dekabr 2008 15:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, mübahisə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi zamanı baş verib. F. Ağamalı qanun layihəsinin əleyhinə çıxış edib və deyib ki, Azərbaycanda belə bir qanunun qəbul olunmasına ehtiyac yoxdur. Deputat “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin Azərbaycanın mentalitetinə zidd olduğunu deyib. O qeyd edib qanun layihəsini təqdim edən millət vəkili Məlahət Həsənovanın bu məsələdə günahı yoxdur: “Mən burda kimlərin rolunun olduğunu bilirəm”.

Bu zaman Sosial siyasət məsələləri daimi komissiyasının sədri H. Rəcəbli ayağa qalxaraq, F. Ağamalıya doğru gedib və onu tərbiyəli olmağa çağırıb: “Sən bir neçə dəfə belə etmisən. Hardan bilirsən ki, bu qanun məndən gəlib? Özünü yığışdır”.

Fəzail Ağamalı isə ona “Mənə dediklərindən beş qat artığı özünsən. Mən səni nəzərdə tutmurdum”.

Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov millət vəkillərini bir-birlərinin fikirlərinə dözümlü olmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR