Bank Of Baku

Milli Məclisin bugünkü iclasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb

Milli Məclisin bugünkü iclasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb
# 16 dekabr 2008 16:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisin bugünkü iclasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, qanun layihəsini Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının üzvü Məlahət Həsənova təqdim edib. Deputat deyib ki, bu qanun reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin əldə olunması, reproduktiv hüquqların həyata keçirilməsi üçün hüquqi əsasları müəyyən edir.

M. Həsənova bu gün dünyada hər dəqiqədə bir ananın doğuş vaxtı dünyasını dəyişdiyini bildirib. Bu problemin Azərbaycanda da mövcud olduğunu deyən M. Həsənova bu qanunun analığın qorunmasına xidmət etdiyini söyləyib. Onun sözlərinə görə, bu qanun dünyanın 140-dan artıq ölkəsində qəbul edilib.

Müzakirələr zamanı çıxış edən deputat Siyavuş Novruzov belə bir sənədin Azərbaycanda qəbul edilməsinə ehtiyac olmadığını bildirib: “Bu qanunda elə müddəalar var ki, adam oxuyanda xəcalət çəkir. Mən hesab edirəm ki, millət vəkilləri qanunun əleyhinə səs verməlidir”. Deputat Yevda Abramov isə belə sənədin qəbul edilməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu qanun Azərbaycanda ailələrin qorunmasına xidmət edəcək.

Müzakirələr parlamentin dekabrın 19-da keçiriləcək iclasında davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR