Bank Of Baku

Prezidentin səlahiyyət müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı təkliflər sabah Milli Məclisin komissiyalarının birgə iclasında müzakirə olunacaq

Prezidentin səlahiyyət müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı təkliflər sabah Milli Məclisin komissiyalarının birgə iclasında müzakirə olunacaq
# 17 dekabr 2008 10:46 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisinin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

Onun sözlərinə görə, sabah Milli Məclisin İnsan haqları və Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının birgə iclası keçiriləcək. İclasda dekabrın 16-da Yeni Azərbaycan Partiyasının üzvləri tərəfindən Konstitusiyada prezidentin səlahiyyət müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı irəli sürülən təkliflər müzakirə olunacaq.

R. Aslanova deyib ki, iclasda, həmçinin Konstitusiya islahatları ilə bağlı irəli sürülən digər təkliflərə də baxılacaq. Yekunda təkliflər konkretləşdirilərək, Milli Məclis rəhbərliyinə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR