Bank Of Baku

Bakı şəhər icra hakimiyyəti Demokratiya Uğrunda İttifaqın İran səfirliyi qarşısında aksiya keçirməsinə razılıq verməyib

Bakı şəhər icra hakimiyyəti Demokratiya Uğrunda İttifaqın İran səfirliyi qarşısında aksiya keçirməsinə razılıq verməyib
# 17 dekabr 2008 13:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratiya Uğrunda İttifaqın (DUİ) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirmək istəyi ilə bağlı məktubunu qəbul etməyib. Bu barədə APA-ya ittifaqdan məlumat verilib. Paytaxt meriyası şifahi formada bildirib ki, aksiyanın keçirilməsini məqsədəuyğun hesab etmir. Bu səbəbdən DUİ-nin Sədrlər Şurasının sonuncu toplantısında qəbul olunan qərara əsasən aksiyanın keçirilmə tarixində dəyişiklik edilib. Belə ki, piketin dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günü keçiriləcəyi ilə bağlı qərar qəbul olunub. Qeyd edək ki, aksiyada İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına etiraz ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR