Bank Of Baku

Milli Demokratik Qüvvələr Birliyi Sədrlər Şurasının toplantısı keçirilib

Milli Demokratik Qüvvələr Birliyi Sədrlər Şurasının toplantısı keçirilib
# 17 dekabr 2008 15:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Milli Demokratik Qüvvələr Birliyi Sədrlər Şurasının (MDQB SŞ) növbəti toplantısı keçirilib. Birlikdən APA-ya verilən məlumata görə, toplantıda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən 2007-ci ildə hazırlanaraq Milli Məclisə təqdim olunan “Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum layihəsi”nin parlamentin müvafiq komissiyalarının müzakirəsinə çıxarılmasının vacibliyi vurğulanıb. Yığıncaqda demokratik təsisatların və çoxpartiyalı sistemin inkişafı, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsinin yolunun Konstitusiya islahatlarından keçdiyi qeyd edilib. Qurumun perspektivləri və həyata keçiriləcək tədbirlərlə bağlı da müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR