Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 18 dekabr 2008 06:59 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri dekabrın 17-də atəşkəsi pozub. Düşmən bölmələri saat 20.10-dan 20.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, saat 21.45-dən 22.10-dək isə Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR