Bank Of Baku

Konstitusiyaya dəyişikliklərdə hərbi əməliyyatlar prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə, səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması təklif olunur

Konstitusiyaya dəyişikliklərdə hərbi əməliyyatlar prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə, səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması təklif olunur
# 18 dekabr 2008 09:16 (UTC +04:00)
APA-nın məlumatına görə, Konstitusiyada bir şəxsin iki dəfədən artıq seçilməsinin məhdudlaşdırılmasının aradan qaldırılması isə 101-ci maddənin 5-ci hissəsinə nəzərdə tutulur. Bu barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının sədri Əli Hüseynov bildirib ki, təklifdə müharibə şəraitində hərbi əməliyyatların aparılması prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə, prezidentin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması əksini tapıb. Bu qərar seçkilərin (referendum) keçirilməsini təmin edən dövlət orqanlarının müraciətinə əsasən, Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Bu təklifin spiker Oqtay Əsədov tərəfindən edildiyini deyən Ə. Hüseynov ümumilikdə isə təklif olunan əlavə və dəyişikliklər parlamentin səlahiyyətlərinin artırılması, insan haqları, dövlət atributlarına hörmət və s.-lə bağlıdır.

Müzakirələr davam edir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə Konstitusiyada qoyulan məhdudiyyətin aradan qaldırılması təklifi ilə çıxış edib. Mili Məclisin sədri Oqtay Əsədov təklifin yuxarıda adları qeyd olunan komissiyalarda müzakirə olunması barədə göstəriş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR