Bank Of Baku

Əli Həsənov prezidentin səlahiyyət müddətinin artırılması ilə bağlı parlamentdə müzakirələr aparılmasını təbii qəbul edir

Əli Həsənov prezidentin səlahiyyət müddətinin artırılması ilə bağlı parlamentdə müzakirələr aparılmasını təbii qəbul edir
# 18 dekabr 2008 11:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Prezidentin səlahiyyət müddətinin artırılması ilə bağlı Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında parlamentdə aparılan müzakirələri təbii qəbul edirəm”. APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri bildirib ki, hər hansı deputat, deputat qrupunun rəhbəri, yaxud hər hansı siyasi-ictimai təşkilatı təmsil edən şəxsin təklifi əsasında müzakirələrin aparılmasına təbii baxmaq lazımdır: “Bu təkliflə əlaqədar qəbul olunacaq qərarlara da təbii baxmaq lazımdır”.

Ə. Həsənov bu təklifi ictimai təşəbbüs kimi dəyərləndirdiyini qeyd edib: “Bu təklifi eyni zamanda siyasi partiya nümayəndəsi irəli sürdüyünə görə həm də siyasi təşəbbüs kimi dəyərləndiririk. Yaşayarıq, görərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR