Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyası Qubada aşkarlanmış kütləvi məzarlığın mühafizəsi üçün dövlət qurumlarına müraciət edib

Azərbaycan Milli Elmlər Akademiyası Qubada aşkarlanmış kütləvi məzarlığın mühafizəsi üçün dövlət qurumlarına müraciət edib
# 18 dekabr 2008 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qubada 1918-ci ildə ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların qalıqlarının mühafizəsi ilə bağlı müvafiq strukturlara müraciət edib. Bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti Mahmud Kərimov deyib. M. Kərimov bildirib ki, bu hadisəni törədənlər hazırda həyatda olmasalar da, soyqırımla əlaqədar cinayət işi başlanılmalı və fakta hüquqi qiymət verilməlidir: “Hazırda kütləvi məzarlığın qorunması üçün Quba rayon İcra Hakimiyyəti tərəfindən lazımi işlər görülür. Həmin qalıqlar qorunub saxlanılmalıdır və bunun üçün xeyli iş görülməlidir. Gələcəkdə Qubada və belə faktların aşkarlandığı digər ərazilərdə soyqırım abidəsi yaradıla bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR