Bank Of Baku

Əli Həsənov: “Milli Teleradio Şurasının xarici radiostansiyalarla bağlı mövqeyi tam qanuna uyğundur”

Əli Həsənov: “Milli Teleradio Şurasının xarici radiostansiyalarla bağlı mövqeyi tam qanuna uyğundur”
# 18 dekabr 2008 11:51 (UTC +04:00)
Onun sözlərinə görə, “Teleradio yayıma haqqında” qanunda göstərilir ki, Azərbaycanın milli televiziya və radio resursları yalnız ölkə daxilində vətəndaşlar tərəfindən istifadə oluna bilər. Xarici dövlətlərə bu resursların verilməsi isə qanuna ziddir. Ə. Həsənov bildirib ki, bu, sözügedən radioların Azərbaycanda fəaliyyətini dayandırılması demək deyil: “Yayım üçün başqa yollar da var. Məsələn, biz Türkiyə dövləti ilə dövlətlərarası müqavilə əsasında qarşılıqlı yayım təcrübəsinə malikik. Bu tipli digər addımlar da ola bilər. Hazırda MTRŞ-nin fəaliyyəti ona yönəlib ki, Azərbaycanda bu sahədə qanunçuluğu bərpa etsin”.

Şöbə müdiri Mətbuata Dəstək Fondunun nə zaman yaradılacağı ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, fondun yaradılması ilə bağlı Mətbuat Şurasından PA-ya daxil olan təkliflər dəyərləndirilib. Fondun yaradılması ilə bağlı lazım olan bütün versiyalar hazırlanıb: “Prezident İlham Əliyev məzuniyyətdən qayıtdıqdan sonra ona bu barədə məruzə olunacaq və Mətbuata Dövlət Dəstəyi fondu yaradılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR