Bank Of Baku

Müsavat və AXCP arasında əməkdaşlığı davam etdirmək barədə razılıq əldə olunub

Müsavat və AXCP arasında əməkdaşlığı davam etdirmək barədə razılıq əldə olunub
# 18 dekabr 2008 13:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları funksional əməkdaşlığın davam etdirmək barədə razılığa gəlib. Bu barədə APA-ya Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər məlumat verib. Onun sözlərinə görə, razılıq Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli arasında əldə olunub: “Siyasi liderlər arasında belə bir razılaşma var ki, hətta bu münasibətləri dərinləşdirmək mümkün olmasa da, indiki səviyyədə əməkdaşlığı davam etdirmək lazımdır”.

S. Əkbər partiyalar arasında müttəfiqlik münasibətlərinin yaranması ilə bağlı danışıqların dayandırılmayacağını da qeyd edib: “Mənə elə gəlir ki, danışıqları dayandırmağa ehtiyac yoxdur. Şərait dəyişkəndir və bununla bağlı olaraq müttəfiqlik məsələləri aktuallaşacaq. O zaman tərəflərin mövqeyində dəyişiklik ola bilər”.

S. Əkbərin sözlərinə görə, müttəfiqliklə bağlı Müsavat Partiyası və AXCP öz təkliflərini irəli sürüb: “Müəyyən fərqli fikirlər olduğundan müttəfiqliklə bağlı razılaşma yoxdur və tərəflər hələlik öz mövqelərində qalır. Görünür, tərəflərin razılığa gəlməsi üçün şərait yetişməlidir”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli də APA-ya açıqlamasında partiyalar arasında razılığın olması barədə məlumatı təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR