Bank Of Baku

Bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin Konstitusiyadan çıxarılması məsələsinin də yer aldığı layihə Azərbaycan Milli Məclisinə tövsiyə olunub

Bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin Konstitusiyadan çıxarılması məsələsinin də yer aldığı layihə Azərbaycan Milli Məclisinə tövsiyə olunub
# 18 dekabr 2008 13:54 (UTC +04:00)
APA-nın xəbərinə görə, layihəni hazırlayan İşçi Qrupun üzvü, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov deyib ki, qrup üzvləri iclaslarda irəli sürülən təklifləri müzakirə edib. Təkliflərin əksəriyyətinin redaktə xarakterli olduğunu bildirən Ə. Hüseynov onların bir çoxunun nəzərə alındığını deyib. Komissiya sədri qeyd edib ki, deputatların təklifi nəzərə alınaraq, layihədə 50 min vətəndaşın qanunvericilik təşəbbüsü ilə çıxış etməsi bəndinə də dəyişiklik edilib və bu rəqəm 40 min edilib.

Daha sonra layihə Konstitusiya Məhkəməsinə göndərilməsi üçün Milli Məclisə tövsiyə olunub. Milli Məclis Aparatının qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov isə deyib ki, Konstitusiya Məhkəməsi rəy verəndən sonra Milli Məclis referendumun vaxtını müəyyənləşdirəcək.

O da bildirilib ki, Milli Məclisin sabah keçiriləcək iclasında layihə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, əlavə və dəyişiklər sırasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin Konstitusiyadan çıxarılması məsələsi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR