Bank Of Baku

Hafiz Hacıyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Hafiz Hacıyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
# 18 dekabr 2008 14:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıçla görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-Türkiyə əlaqələri, son vaxtlar Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma cəhdləri müzakirə edilib. MMP sədri Türkiyədə bir qrup alim, yazıçı, sənətçi və jurnalistin ermənilərdən üzr istəmək kampaniyasına başlamasını anormal hal adlandırıb və bunu narahatlıqla qarşıladığını söyləyib. O bildirib ki, Ermənistan Azərbaycanın və Türkiyənin mövcud sərhədlərini tanıyana, ərazi və soyqırım iddialarından əl çəkənə və Dağlıq Qarabağdan çıxana qədər Türkiyə bu ölkə ilə heç bir danışığa getməməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR