Bank Of Baku

Azərbaycan müxalifəti Konstitusiya dəyişikliklərinin əleyhinədir

Azərbaycan müxalifəti Konstitusiya dəyişikliklərinin əleyhinədir
# 19 dekabr 2008 10:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Sülh və Demokratiya İnstitutu “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı”nın Milli Məclisdə müzakirəsi ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, institutun direktoru Leyla Yunus bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə dair məhdudiyyətin aradan qaldırılması istiqamətində aparılan müzakirələri antidemokratik adlandırıb. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti bu aktın qəbul olunması və referendum keçirilməsinə etiraz bildirməlidir.

Tədbirdə çıxış edən ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, KXCP sədrinin müavini Bəybala Əbil və digərləri də Konstitusiya dəyişikliklərinin əleyhinə çıxıblar.

Qeyd edək ki, “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı” layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları komissiyalarının birgə toplantısında müzakirə edilərək, parlamentə tövsiyə olunub.
Layihədə bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin Konstitusiyadan çıxarılması da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR