Bank Of Baku

Azərbaycan Milli Məclisi “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı” layihəsini Konstitusiya Məhkəməsinə göndərmək barədə qərar qəbul edib

Azərbaycan Milli Məclisi “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı” layihəsini Konstitusiya Məhkəməsinə göndərmək barədə qərar qəbul edib
# 19 dekabr 2008 11:55 (UTC +04:00)
APA-nın xəbərinə görə, layihəni Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov təqdim edib. Ə. Hüseynov layihə barədə məlumat verəndən sonra spiker Oqtay Əsədov layihənin müzakirə edilmədən Konstitusiya Məhkəməsinə göndərilməsi ilə bağlı səsvermə keçirilməsini təklif edib. O. Əsədov deyib ki, məhkəmə rəy verəndən sonra parlamentdə bununla bağlı geniş müzakirələr aparılacaq.

Lakin spikerin sözləri zalda olan müxalifətçi deputatlar tərəfindən etirazla qarşılanıb. Millət vəkili Pənah Hüseyn yerindən layihə ilə bağlı müzakirələr aparmağı təklif edib. O. Əsədov isə bir daha bildirib ki, layihəyə Konstitusiya Məhkəməsi tərəfindən rəy veriləndən sonra Milli Məclisdə müzakirələr aparılacaq.

Bundan sonra layihənin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə təklif səsə qoyulub. 95 nəfər lehinə, 4 nəfər əleyhinə səs verib.

Qeyd edək ki, əlavə və dəyişiklər sırasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin Konstitusiyadan çıxarılması məsələsi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR