Bank Of Baku

Nardaran sakinləri İsrailin Azərbaycandakı səfirliyinin bağlanmasını tələb edirlər

Nardaran sakinləri İsrailin Azərbaycandakı səfirliyinin bağlanmasını tələb edirlər
# 19 dekabr 2008 13:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Nardaran qəsəbəsindəki İmam Hüseyn meydanında İsrailin Qəzza bölgəsində və Fələstində müsəlmanlara qarşı yönələn siyasətinə etiraz olaraq mitinq keçirilib. APA-nın məlumatına görə, mitinqdə “İsrail, ABŞ işğalçı və terrorçudur!”, “ABŞ-a və İsrailə ölüm!”, “Amerika sionizminə ölüm!”, “1 nömrəli terrorçu Corc Buşdur!” və s. şüarlar səsləndirilib. Aksiyada çıxış edən qəsəbə sakini Hacı Əli Hüseynov bildirib ki, müsəlman ölkələri İslam vəhdətini qorumaq üçün vacib addımlar atmalıdırlar.

Hacı Fəyyaz Nəbizadə isə İsrailə dəstək olan ölkələri pisləyib. O, İsrailin Azərbaycandakı səfirliyinin bağlanması tələbi ilə də çıxış edib. Mitinqdə çıxış edən digər şəxslər də Azərbaycanı İsraillə əlaqələrinə yenidən baxmağa çağırıblar.

Aksiyada ABŞ prezidenti Corc Buşun müqəvvasına ayaqqabı atılıb, sonra isə ABŞ, İsrail, Böyük Britaniya, Fransa bayraqları və C. Buşun müqəvvası yandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR