Bank Of Baku

YAP funksioneri bəzi müxalifət liderlərini siyasi qorxaqlıqda günahlandırıb

YAP funksioneri bəzi müxalifət liderlərini siyasi qorxaqlıqda günahlandırıb
# 20 dekabr 2008 11:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifət düşərgəsində təmsil olunan bəzi partiya rəhbərlərinin “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı”nın Milli Məclisdə müzakirəyə çıxarılmasına etiraz etmələri bəsit hərəkətdir. Onların bu məsələyə münasibətləri siyasi baxımdan həm də gülünc görünür”. Bu sözləri APA-ya açıqlamasında YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib. O bildirib ki, hər bir ölkədə qanunların qəbulu və ya dəyişdirilməsi xalqın suveren hüquqdur və bu məqam Azərbaycan Konstitusiyasının birinci maddəsi ilə də təsbit olunub: “Avropa Şurasına daxil olan bir sıra ölkə var ki, zaman-zaman konstitusiyasında dəyişikliklər edir. Bu, Avropa Şurası və yaxud digər beynəlxalq təşkilatlara aid məsələ deyil. Azərbaycan Avropa Şurası, BMT və ATƏT səviyyəsində qəbul etdiyi bütün öhdəlikləri yerinə yetirir. Bu öhdəliklər Azərbaycanın sivil, insan hüquqlarına riayət edən ölkə olmasını ortaya qoyur”.

M. Qurbanlı bu aktın qəbuluna etiraz edən müxalifət düşərgəsində təmsil olunan bəzi partiya rəhbərlərini siyasi qorxaqlıqda da günahlandırıb: “Azərbaycan Konstitusiyasında biz bu və ya digər məhdudiyyəti aradan qaldırırıq. Bu, vətəndaşların milli mənəvi, sosial və ya digər inkişafına məhdudiyyət yaratmır. Nədənsə, müxalifətdə təmsil olunan bəzi partiyalar Konstitusiyada ediləcək dəyişikliklərin yalnız biri - 101-ci maddənin 5-ci bəndi üzərində çox dayanırlar. Amma orada elə dəyişikliklər var ki, bu barədə daha çox diskussiya açmaq olar. Əslində, bu məsələdə hansısa məhdudiyyətin olması demokratiyaya ziddir. Bütün bunlar müxalifətin xalqa inamsızlığının və zəifliyinin əlamətidir. Hesab edirəm ki, müxalifətin bu cür mənasız hay-küyü onların siyasi qorxaqlığının nəticəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR